Əsirlikdən azad olunan hərbçimizin anası: “Oğlumu qarşılamaq üçün 50 bayraq hazırlamışıq” - VİDEO

 14-12-2023

Qazax-İcevan sərhədində (Bala Cəfərli kəndində) Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılaşmaya əsasən, saxlanılmış hərbçilərin mübadiləsi baş tutub.

Hərbçilərimiz Hüseyn Axundov və Aqşin Bəbirov azad olunublar.

Baku TV-nin əməkdaşı Hüseyn Axundovun ailəsində olub.

Əsirlikdən azad olunan hərbçimizin anası Şəlalə Axundova sevincini bölüşüb:
“Onu qarşılamaq üçün bəlkə 50 bayraq hazırlamışıq. Dostları, qəsəbə sakinləri yığılıb, hamı onu qarşılamağı gözləyir. Düzdür, nə vaxt gələcəyini bilmirik. İnşallah, o gün də gələr. Prezidentimiz bu günü bizə yaşadıbsa, o günü də yaşayacağıq”.

Ətraflı süjetdə: 

 

Bənzər yazılar

0.16286587715149