Əsirlikdən azad edilən hərbçi Aqşin Bəbirovun anası: “Yuxum bu gün çin oldu” - VİDEO

 13-12-2023

“Yuxum bu gün çin oldu. Allahım o günü mənə nəsib etdi, övladıma qovuşdum”.

Bunu əsirlikdən azad edilən hərbçimiz Aqşin Bəbirovun anası Dürdanə Bəbirova Baku TV-yə açıqlamasında deyib.

D.Bəbirova Aqşin və Hüseyn arasında fərq qoymadığını, hər gün onların azad edilməsi üçün dualar etdiyini deyib:

“Hüseynə ömürlük həbs cəzasının verildiyini eşitdiyimiz gün biz Şəlalə xanımla olan-qalan sağlamlığımızı da itirdik. Bir gün əvvəl Şəlalə xanım mənə zəng edib fəryad edirdi, sonra isə sevinc xəbərini çatdırdı. Çox şükür, ilahi bu günü bizə yaşatdı. Artıq bundan sonra yaşamaq istəyirəm”.

D.Bəbirova onu da vurğayılb ki, bir övlad evdə yoxdursa, ananın yarısı yoxdur deməkdir:

“Şükürlər olsun ki, yarı param evdə olmasa da, mən yenidən dünyaya göz açmışam. Sanki balamı yenidən dünyaya gətirdiyimi hiss edirəm”, - o söyləyib.

Ətraflı süjetdə:

 

Bənzər yazılar

0.34653902053833