Hüseyn Axundovla Aqşin Bəbirovun analarının sevinci - VİDEO

 13-12-2023

Bu gün Qazax-İcevan sərhədində (Bala Cəfərli kəndində) Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılaşmaya əsasən, saxlanılmış hərbçilərin mübadiləsi baş tutub.

Prosesdə hər iki tərəfdən müvafiq dövlət qurumları iştirak ediblər.

Bildirək ki, əldə olunan razılaşmalar nəticəsində Hüseyn Axundov və Aqşin Bəbirov azad olunublar.

İctimai TV hərbçilərimizin ailələrinə baş çəkib, onların sevinclərinə şərik olub.

Ətraflı videonu təqdim edirik:

Xatırladaq ki, hərbçilərimiz bu ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda əlverişsiz hava şəraiti səbəbindən itkin düşmüşdülər.

Sonradan onlar Ermənistan tərəfindən əsir götürülmüş və onlara qarşı saxta ittihamlar irəli sürülmüşdü.

 

Bənzər yazılar

0.16476678848267