Ordu haqqında bu məlumatları yaymağa görə cəzalar sərtləşdirilir

 12-12-2023

Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikanın hərəkəti, yaxud dislokasiyası haqqında məlumatları yaymaya görə cinayət məsuliyyəti müəyyənləşir.

APA.az xəbər verir ki, Milli Məclisin İnsan hüquqları komitəsində müzakirə olunan və parlamentin plenar iclasa tövsiyə edilən Cinayət Məcəlləsinə əlavə edilməsi təklif edilən yeni 284-2 maddəsində əksini tapıb.

Layihəyə əsasən, Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikanın hərəkəti, yaxud dislokasiyası haqqında məlumatları yayma, müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə ağır nəticələrə səbəb olduqda 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaqlar.

Bu Məcəllənin 274-cü, 276-cı və ya 284-cü maddələrində nəzərdə tutulmuş əməllərin əlamətləri olmadıqda – 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

 

Bənzər yazılar

0.16704988479614