655-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

 10-12-2023

Rusiya müharibənin 655-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 550 təyyarəsi, 257 helikopteri, 9608 PUA-sı, 442 zenit-raket kompleksi, 13 955 tank və digər zirehli texnikası, 1 188 reaktiv yaylım atəş sistemi, 7 293 artilleriya və minaatanı, 16 147 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.

Bənzər yazılar

0.25708985328674