Şuşada fantastik Yeni il qiymətləri

 10-12-2023

Azərbaycanın turizm sektoru Yeni il şənliklərinə hazırlaşır.

Artıq bölgələrdəki istirahət mərkəzləri və hotellər Yeni il proqramları və qiymətlərini açıqlamağa başlayıblar.

İşğaldan azad edilən Şuşa şəhərindəki hotellərdə də bu il ilk dəfə olaraq Yeni il şənlikləri keçiriləcək. Ölkənin digər bölgələrində baş verən Yeni il qabağı “bahalaşma” Şuşa şəhərindəki hotellərdən də yan keçməyib.

Turizm şirkətlərinin açıqladığı məlumata görə, “Shusha” hotelində Yeni il şənliyi böyük məbləğə başa gələcək. Yeni ili Şuşada qarşılamaq istəyənlər 2 nəfərə 2500-3500 manat sərf etməli olacaqlar.

Burada standart otaq üçün qiymət 2500 AZN-dən, Deluxe suit otaqlarda 3300 AZN-dən, Apartmant suit otaqlarda isə 3500 AZN-dən başlayacaq.

Paketə Şuşa hotelində 2 gecə 3 gün qalmaq, Yeni il şənliyi, müxtəlif musiqi və şou proqramlar, atəşfəşanlıq və s. aiddir. Elanı paylaşan şirkətlər bildirir ki, bu paketi alanların işğaldan azad olunan ərazilərə girişi üçün icazə məsələsi həll olunacaq. (fed.az)

 

Bənzər yazılar

0.15280413627625