Yəmən husiləri gəmilərin keçidinə mane olacaqlar

 10-12-2023

Yəmənin “Ənsar Allah” şiə qruplaşmasına məxsus husi üsyançıları İsrailə gedən gəmilərin keçidinə mane olacaqlar.

“Ölkə.az” xəbər verir ki, bu barədə üsyançı hərəkatın nümayəndəsi Yəhya Sariya “Al Masirah” telekanalında bildirib.

“Yəmən Silahlı Qüvvələri hansı ölkəyə mənsub olduqlarından asılı olmayaraq, İsrailə gedən gəmilərin keçidini əngəlləyəcəklərini bildiriblər. Qəzza zolağı ehtiyac duyduğu qida və dərmanı almazsa, belə gəmilər hərbi qüvvələrimiz üçün qanuni hədəfə çevriləcək”-deyə, o bildirib.

Bənzər yazılar

0.4288158416748