Prezidentin yüksək vəzifə verdiyi Şahin Seyidzadənin DOSYESİ

 03-03-2022

Seyidzadə Şahin Kamil oğlu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib. Bu barədə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.

MillətinSəsi.info Şahin Seyidzadənin dosyesini təqdim edir:

Şahin Kamil oğlu Seyidzadə 15 aprel 1978-ci ildə Bakı şəhərində anadan olub.

O 1995-ci ildə akademik Azad Mirzəcanzadənin təşəbbüsü ilə yaradılmış Həbib bəy Mahmudbəyov adına Texniki-Humanitar Liseyi, 1999-cu ildə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin bakalavr pilləsini bitirib.

2001-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistr pilləsini bitirib və 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Menecment ixtisası üzrə magistr dərəcəsi alıb.

2007-ci ildə Sosial və İqtisadi elmlər üzrə Moskva Ali Məktəbinin Təhsilin təşkili və idarəetməsi ixtisası üzrə təhsil alıb.

2007-ci ildə isə İngiltərənin Mançester Universitetinin Təhsilin təşkili və idarəetməsi ixtisası üzrə magistratura təhsili alıb.

Hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Təhsilin təşkili və idarəetməsi üzrə fəlsəfə doktorluğu üzrə dissertantıdır.

Ş. Seyidzadə müxtəlif sahələrdə peşə fəaliyyəti ilə məşğul olub:

“1999–2005-ci illərdə "Milli Debat Mərkəzi"nin direktoru olub.

2005–2007-ci illərdə "İnsan Resursları Məktəbi"nin rəhbəri olmub.

2006–2012-cı illərdə bir sıra özəl müəssisələrin rəhbərlik vəzifələrində çalışıb.

2012–2016-cı illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri olub.

2012–2017-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvü olub.

2015-ci ildən Azərbaycan Respublikası Təhsil Nazirliyinin “SABAH qrupları2nın İcra Komitəsinin rəhbəridir.

2014-cü ildə Azərbaycanda təsis olunan "İstək" liseyinə rəhbər təyin olunub. Sözügedən təhsil ocağı 7 may 2018-ci ildə Ş. Seyidzadənin Təhsil Nazirliyinə ünvanladığı rəsmi müraciət əsasında fəaliyyətini dayandırıb.

2019-cu ildən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası “Gənc sahibkarlarla iş komissiyası”nın sədr müavinidir.

2019-cu ildən Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən həyata keçirilən “Sosial layihələr” müsabiqəsinin rəhbəridir”.

9 fevral 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə VI çağırış millət vəkili olaraq seçilib:

“Partiya mənsubiyyəti bitərəfdir.

Milli Məclisin Gənclər və idman komitəsi, Elm və təhsil komitəsinin üzvüdür.

Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin üzvüdür.

Azərbaycan-Mavritaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.

Azərbaycan-Avstraliya və Yeni Zelandiya, Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri Azərbaycan-Gürcüstan, Azərbaycan-Hindistan, Azərbaycan-İsrail, Azərbaycan-Litva, Azərbaycan-Macarıstan, Azərbaycan-Rusiya Parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür”.

Ailəlidir, iki övladı var.

Bənzər yazılar

0.15319299697876