Xankəndidəki mülklər, mədəni abidələr qorunur, heç bir ziyan dəyməyib

 23-11-2023

Xankəndidəki mülklər, mədəni abidələr qorunur, heç bir ziyan dəyməyib.

Report.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev "Laçın-Xankəndi yolu ətrafında mübahisələr" adlı hesabatın təqdimatında deyib.

Onun sözlərinə görə, Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarına riayət edir:

"Proseslərin bundan sonra necə baş verəcəyi barədə hələ nəsə demək çətindir. Azərbaycan hökuməti elan edib ki, kim istəyirsə qayıtsın. Düşünürəm ki, hökumət qayıtmaq istəyənlərə müddət verəcək. Kim istəsə qayıdıb yaşayacaq, kim istəsə gəlib əşyalarını götürəcək. Ümumən oradakı mülklərə heç bir ziyan dəyməyib".

 

Bənzər yazılar

0.15730381011963