Ağ Ev: ABŞ və Çin liderləri yeni görüşmək barədə razılığa gəliblər

 21-11-2023

Çin prezidenti Si Cinpin və ABŞ prezidenti Co Bayden San-Fransisko yaxınlığında apardıqları danışıqlarda yeni şəxsi görüşün keçirilməsi barədə razılığa gəliblər, lakin onun tarixləri müəyyən edilməyib.

APA-nın məlumatına görə, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“Onlar yenidən görüşmək barədə razılığa gəldilər. Lakin təqvimdə tarix göstərilməyib”, – Ağ Evin sözçüsü deyib.

 

Bənzər yazılar

0.16966891288757