Son günlər Bala Heydər ləqəbli Əliyev Heydər Həsən oğlu ətrafında baş alıb gedən gərginlik bitib tükənmək bilmir. Redaksiyamıza onun barəsində çoxlu sayda müəllifli yazılar daxil olur, redaksiyamız məktubları araşdırır, süzgəcdən keçirir, mətbuatın qarşıya qoyduğu şərtlərə uyğun olan və həqiqəti əks etdirən yazılar saytımızda dərc edilir.
Lakin neçə illərdir insanlara qan udduran, dələduzluq yolu ilə namuslu insanların malını, pulunu ələ keçirən, borc pul adı ilə pul alıb qaytarmayan bu fırıldaqçı haqlı tənqidlərə tab gətirə bilmir, ayrı-ayrı Ali Hakimiyyət orqanlarına, eləcə də hüquq mühafizə orqanlarına ardıcıl məktublar yazıb, göndərməklə həm özünü sığortalamağa, həm də keçmiş cinayət əməllərini ört-basdır etməyə çalışaraq “Millətin Səsi.İnfo” saytı tərəfindən şantaj edildiyini bildirir. Onun barəsində dərc etdiyimiz yazılarla əlaqədar Bala Heydərə bir neçə sual ünvanlamaq zərurəti yaranır.
Bala Heydər, 2015-ci ilin yanvar ayında rəhbərlik etdiyini “Atlas” klinikasında maliyyə direktoru işləmiş, Həsənova Rahilə Qazıxan qızından bir həftə müddətinə 30 min dollar alıb qaytarmamısan, hələ bu azmış deyə üzləşdiyi haqsızlığa qarşı etiraz edən xanımı heç bir əsas olmadan işindən azad edib 8 aylıq əmək haqqısını da verməmisən. Bu şantajdır?
Serebral iflic doğulan oğlan övladından imtina etmisən. Niskilli 3 yaşında uşağını Rusiya şəhərlərinin birində əlillər evinə təhfil vermisən. Uşaq əlillər evində də dünyasını dəyişib təkcə bu əməlinə görə nifrətə layiqsən. Bu necə həqiqət deyil?
Respublika Səhiyyə Nazirliyinin əmri, göstərişi olmadan “Atlas” klinikasının Sumqayıt şəhərində Əhməd Quliyevə məxsus obyektdə filialını yaratmış, filial neçə illər fəaliyyət göstərmiş, lakin Əhməd Quliyevə bir manat da olsun icarə haqqı verməmisən, üstəlik də icarədarın halal obyektini ələ keçirmək istəmisən, yazıq insan min bir əzab əziyyətdən sonra məhkəmə qərarı ilə obyektini sənin işğalından azad edə bilib.
Bu da yalandır, Bala Heydər ?
1997-ci ildə “Şərq Bazarı” nı 50 il müddətinə icarəyə götürmüşdün, hər yerdə şaiyələr yayırdın ki, guya 40 ilin icarə haqqını əvvəlcədən ödəmisən. Halbuki 1997-ci ildən 2017-ci ilə qədər icarəndə olan bu nəhəng obyektə görə bir qəpik də olsun dövlətə icarə haqqı verməmisən. İqtisadiyyat Naziri cənab Mikayıl Cabbarova bu barədə müraciət ünvanlanıb çox güman ki, tədbir görüləcək.
Necə düşünürsən Bala Heydər bu həqiqtədir, yoxsa jantajdır?
Tabeliyində olan işçilərin adına banklardan kredit götürmüsən, sonradan işçiləri işdən azad etmisən, onlardan neçə nəfəri hələ də məhkəmələrə ayaq döyürlər. Bu da yalandır, Bala Heydər?
“Atlas” klinikası ilə təması olan hər bir şəxs çox gözəl bilir ki, adıçəkilən klinika “Vosmoyun bazarı”nı xatırladır. Qeyri-standart bina, laboratoriya yox, xidmət sıfır, qiymətlər fantastik. Biz bunu yazmışıq, jantajdır, yoxsa həqiqət?
Bir zamanlar “Atlas” klinikasında USM həkimi işləmiş Azər Fərəcov işindən getdikdən sonra onun şəxsi işində saxtakarlıq edərək heç bir hüquq normalarına sığmayan saxta müqavilə tərtib edərək ondan 50 min manat təzminat tələb etməyin necə həqiqətdir, yoxsa yalan?
Bala Heydər, heç zaman unutma ki, sənin ətrafında mövcud olan bu kimi cinayət faktları yüzlərlədir.
Sən heç zaman halal adam olmamısan və halal çörək yeməmisən! Amma hər yerdə alnının təri ilə çörək qazandığını deyirsən.
Əslən Naxçıvanlısan, lakin bu günə kimi səni hər hansı bir Naxçıvanlının xeyirində-şərində görən olmayıb.
Bir zamanlar Bala Heydər özünüzü keçmiş Prezident Administrasiyasının rəhbəri olmuş, akademik Ramiz Mehdiyevin qudası olduğunu deyirdiniz hərkəsə. Artıq xeyli vaxtı akademik Ramiz Mehdiyev Prezident Administrsiyasının rəhbəri vəzifəsindən uzaqlaşdırılıb. İndi görəsən kimin qudası olduğunu hər kəsə deyirsiniz?
“Millətin Səsi.İnfo” sənin barəndə bir neçə tənqidi yazı dərc edib. Bütün yazılarımızın sonunda sənin də mövqeyini dərc etməyə hazır olduğumuzu bildirsək də səndən səs səmir çıxmayıb. İndi isə şantaj olunduğunu bildirirsən.
Bala Heydər, biz heç kimi şantaj etmirik və bunu bacarmırıq, insanlara şər-böhtan atmaq, qara yaxmaq sənin peşəndir!
Sənin göndərdiyin hədə qorxular bizi qətiyyən yolumuzdan döndərə bilməz. Mətbuatın başı üstündə mətbuatın dostu, Prezidentimiz İlham Əliyevin kölgəsi var. Allah Təala bu kölgəni başımızın üstündən əskik etməsin. Amin! Bu kölgə olmasa sənin kimi dələduzlar mətbuatı məhv edər. Sənin isə dağ boyda ağır cinayət işin var, türk vətəndaşı İbrahim Aydın, yadda saxla ki, həqiqət həmişə acı olur, amma həqiqət olaraq qalır!
Bala Heydər çox təəssüf hissi ilə qeyd etmək istəyirik ki, əməllərini islah edə bilmirsən, çünki bu əməllər neçə on illiklərdir səninlə qolboyun gəzir. Bu yol səni birbaşa Kürdəxanı həbsxanasına sürükləyir.
Həzrəti Əli (Əleyhüssəlam) zamanında buyurub ki, “Ən böyük biclik düzlükdür” Amma Bala Heydər həzrətləri buyurur ki, “Ən böyük biclik, dələduzluqdur”
Əziz oxucu, Bala Heydərin cinayət xarakterli əməlləri ilə əlaqədar dərc etdiyimiz yazılara bildirdiyiniz obyektiv, dəyərli fikirlərə və yazdığınız şərhlərə görə dərin təşəkkürümüzü bildiririk. Və nəzərinizə çatdırırıq ki, Bala Heydər haqqında daxil olan zəngin faktlar əsasında müəllifli yazılar hələ bir müddət də davam edəcək.
Bizi İzləyin!
“Millətin Səsi.İnfo” saytının redaksiyasından