“Spartak”ın keçmiş futbolçusu Aleksandr Kozlov 29 yaşında VƏFAT EDİB

 16-07-2022

Moskvanın “Spartak” futbol klubunun sabiq hücumçusu Aleksandr Kozlov 29 yaşında qəflətən dünyasını dəyişib.

Bu barədə “RBC Sport”a futbolçuya yaxın mənbə məlumat verib. Məlumatı futbolçunun mövsümlərarası məşq etdiyi “Zorkiy” klubunun “Telegram” kanalında da təsdiqləyiblər.

Jurnalist İvan Karpov öz “Telegram” kanalında futbolçunun qan laxtalanmasından, tromb nəticəsində öldüyünü yazıb.

“Kozlov masaja gəldi, əzələlərini masaj etməyə başladılar. Futbolçu dərhal özünü pis hiss etdi, yerə yıxıldı və xırıldamağa başladı. Ürəyini işə salmağa çalışdılar, deyəsən işə yaradı. Təcili yardım gəldi, lakin Kozlovu xilas etmək mümkün olmadı. Tromb”, - deyə Karpov bildirib.

Kozlov “Spartak”ın məzunudur. O, 2010-2016-cı illərdə “qırmızı-ağlar”da çıxış edib, 2011/12 mövsümündə Rusiya çempionatının gümüş medalını qazanıb.

Mənbə: Sport RBC

Bənzər yazılar

0.22751712799072