ABŞ-da qaz zavodunda partlayış BAŞ VERİB - VİDEO

 10-07-2022

ABŞ-da “OneOk” qaz zavodunda partlayış baş verib.

“Report” xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.

Zavod Oklahoma ştatında, Medford şəhərində yerləşir.

Məlumata görə, partlayışdan dərhal sonra zavodda güclü yanğın başlayıb.

İlkin məlumatlara görə, xəsarət alan yoxdur.

Bənzər yazılar

0.77058291435242