Şri-Lankada prezidentinin istefa verəcəyi TARİX MƏLUM OLUB

 10-07-2022

Şri-Lanka Prezidenti Qotabaya Rajapaksa iyulun 13-də dövlət başçısı vəzifəsini tərk edəcək.

Bu açıqlama ilə ölkə parlamentinin spikeri Mahinda Yapu Abeivarden çıxış edib.

O, həmçinin əlavə edib ki, hakimiyyətin dinc yolla ötürülməsi üçün kütləvi etirazların iğtişaşlara çevrilməməlidir.

Qeyd edək ki, Şri-Lankada sakinlər uzun müddətdir ki, ölkədə kəskin inflyasiyaya etiraz edir.

Hazırda Şri-Lankanın xarici borcları 51 milyard dollara çatıb. Bir neçə ay əvvəl ölkə borclarla bağlı defolt elan etmişdi.

Mənbə: News First

Bənzər yazılar

0.27935791015625