Rusiya ordusu köhnəlmiş silahlardan istifadə etməyə DAVAM EDİR

 09-07-2022

“Vladimir Putinin hətta Rusiya ordusunun Ukraynadakı “əməliyyata hələ başlamadığını” söyləməsinə baxmayaraq, ordu köhnəlmiş silahların istifadəsinə davam edir”.

Bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına istinadən məlumat yayıb.

“Dəstək üçün cəlb edilən əlavə qrupların bir çoxu köhnəlmiş və ya uyğun olmayan avadanlıqlarla təchiz olunur”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, xüsusilə piyada qüvvələri 1950-ci illərdə hazırlanmış zirehli maşınlarla təchiz edilir.

Mənbə: UNİAN

Bənzər yazılar

0.29434108734131