İyulun 8-də Rusiya Federasiya Şurasının Reqlament və Parlament Fəaliyyətinin Təşkili Komitəsi qaydalara uyğun olaraq Böyük Britaniyanın Rusiyadakı səfiri Debora Bronnertin və krallığın digər diplomatlarının qurumun binasına daxil olmasını qadağan edib.
Federasiya Şurasının Komitəsi bu qərarı Rusiyanın Böyük Britaniyadakı rəsmi nümayəndələrinin ölkə parlamentinin binasına girişinin məhdudlaşdırılmasından sonra cavab addımı olaraq qəbul edib.
“Komitə cavab olaraq Böyük Britaniyanın Rusiya Federasiyasındakı səfirinin və diplomatik səfirliyin digər əməkdaşlarının Federasiya Şurasının binasını ziyarət etmə imkanını və oradakı iştirakını ləğv qərarına gəlib”, - deyə komitənin rəhbəri Vyaçeslav Timçenko iclasda bildirib.
Cavab tədbirləri barədə qərar yekdilliklə qəbul edilib.
Mənbə: İzvestiya