Mask və şirkətinin top meneceri gizli şəkildə əkiz uşaq sahibi OLUBLAR

 08-07-2022

Amerikalı sahibkar və milyonçu İlon Mask və onun qurduğu “Neuralink” şirkətinin baş əməliyyat direktoru Şivon Zilisin 2021-ci ildə gizli şəkildə əkiz uşaqları dünyaya gəlıb.

Qeyd olunur ki, uşaqlar biznesmen və kanadalı müğənni Qraymsın ikinci övladının dünyaya gəlməsindən bir neçə həftə əvvəl doğulublar.

Aprel ayında Mask və Zilis əkizlərin adlarının dəyişdirilməsi üçün məhkəməyə müraciət ediblər. Onlar uşaqların adlarının ikinci hissəsini özlərinin soyadlarının bir hissəsi kimi dəyişmək istəyiblər. Müraciət təmin edilib.

Hazırda sahibkarın tanınan övladlarının sayı doqquzdur.

Mənbə: Business Insider

Bənzər yazılar

0.61034107208252