Fransadan qazın bahalamasına ÇARƏ: Qiymətlər DONDURULUB

 08-07-2022

Fransa hökuməti mavi yanacağın istehlak qiymətlərini 2022-ci ilin sonuna qədər dondurmaq qərarına gəlib.

Bu barədə cümə axşamı iqtisadiyyat, maliyyə və sənaye naziri Bruno Le Mer Nazirlər Şurasının yeni tərkibdə ilk iclasının yekunlarına dair açıqlamasında bildirib.

O, qeyd edib ki, hazırda ölkədə illik inflyasiya 5% təşkil edir ki, bu da vətəndaşların gəlirlərinə mənfi təsir göstərir.

Mənbə: TASS

Bənzər yazılar

0.18612504005432