Daha iki qadın əri tərəfindən ZORAKILIĞA MƏRUZ QALIB

 04-07-2022

“Dünən iki qadın fiziki zorakılığa məruz qalıb”. Oxu.az-ın məlumatına görə, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. 

O bildirib ki, qadının biri içki düşkünü olan atası və qardaşı tərəfindən yeddi yaşlı övladının gözü qarşısında döyülüb:

“O, 37-ci polis bölməsi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Sosial Sığınacağına yerləşdirilənədək müvəqqəti Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində reabilitasiya keçəcək.

Digər qadın da gecə saatlarında əri tərəfindən fiziki zorakılığa məruz qalaraq evdən qovulub. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Qaradağ rayonu 10-cu Polis Bölməsində şikayət ərizəsi var, ekspertizadan da keçirilib. Hazırda mühafizə orderinin alınması üçün qadını Qaradag Rayon İcra Hakimiyyətinə yönləndirmişəm”.

Daxili İşlər Nazirliyi ötən gün Qaradağ rayonunda fiziki zorakılığa məruz qalan qadın barədə açıqlama verib. 

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib ki, məsələ barədə Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsində araşdırmalar aparılır:

“Hazırda Qaradağ RPİ-də tədqiqat araşdırmaları davam etdirilir. Qadının xəsarətinin müəyyən edilməsi üçün ekspertizaya göndərilib. Verilən rəydən sonra xəsarətin dərəcəsindən asılı olaraq, hadisəyə hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, qadının həyat yoldaşı əmisi oğludur. O, hazırda qohumlarının yanında qalır.

Bənzər yazılar

0.28411293029785