Türkiyədə futbol matçı zamanı yan xət hakimi Aişə Polad xoş sürprizlə üzləşib.
Hadisə regional AĞRI U-14 Liqasının final matçında yaşanıb.
Oyunun baş hakimi Rəcəb Gündüz matçın 10-cu dəqiqəsində qarşılaşmanı dayandırıb köməkçi hakimə evlilik təklif edib.
İki komandanın dəstəyi ilə hazırlanan sürpriz təklifə Aişə Polad “hə” deyib.
Baş verənlər ətrafdakıların alqışları ilə müşayət olunub.
Mənbə: Hürriyyet