Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq Orta Dəhlizin əhəmiyyətini artıracaq 

 02-07-2022

Azərbaycan çoxvektorlu xarici siyasət nəticəsində Xəzərətrafı ölkələrlə də münasibətlərini yeni mərhələyə çatdırmaq niyyətini ortaya qoyub. Xüsusilə, Orta Asiya ölkələri ilə əlaqələrin inkişaf etdirilməsi diqqət çəkir.

Elə bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana və Türkmənistana səfərləri oldu. Bakıda Azərbaycan, Qazaxıstan və Türkiyənin xarici işlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin birinci üçtərəfli toplantısı keçirildi. Müzakirələrdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişaf etdirilməsi, bu istiqamətdə mövcud olan yük daşımaları diqqət mərkəzində oldu. Görüşdə mövcud problemlər, dar boğazların aradan qaldırılması, bu coğrafiyada nəqliyyat və kommunikasiya əməkdaşlığının genişləndirilməsi istiqamətlərində yeni fikirlər və təkliflər səsləndirildi. 

Qeyd edək ki, Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi) 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa da qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif, “Bir pəncərə” prinsipi tətbiq olunur.

Maraqlı məqam ondan ibarətdir ki, bu dəhliz 2014-cü ildə yaradılsa da, Rusiya-Ukrayna müharibəsi fonunda yenidən aktuallıq qazanıb. Bəs, görəsən, Azərbaycanın Orta Dəhlizdən dividendləri nədən ibarətdir?   

Azərbaycan çoxvektorlu xarici siyasət nəticəsində Xəzərətrafı ölkələrlə də münasibətlərini yeni mərhələyə çatdırmaq niyyətini ortaya qoyub. Xüsusilə, Orta Asiya ölkələri ilə əlaqələrin inkişaf etdirilməsi diqqət çəkir. Elə bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana və Türkmənistana səfərləri oldu. Bakıda Azərbaycan, Qazaxıstan və Türkiyənin xarici işlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin birinci üçtərəfli toplantısı keçirildi. Müzakirələrdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişaf etdirilməsi, bu istiqamətdə mövcud olan yük daşımaları diqqət mərkəzində oldu. Görüşdə mövcud problemlər, dar boğazların aradan qaldırılması, bu coğrafiyada nəqliyyat və kommunikasiya əməkdaşlığının genişləndirilməsi istiqamətlərində yeni fikirlər və təkliflər səsləndirildi. 

Qeyd edək ki, Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi) 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa da qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif, “Bir pəncərə” prinsipi tətbiq olunur.

Maraqlı məqam ondan ibarətdir ki, bu dəhliz 2014-cü ildə yaradılsa da, Rusiya-Ukrayna müharibəsi fonunda yenidən aktuallıq qazanıb. Bəs, görəsən, Azərbaycanın Orta Dəhlizdən dividendləri nədən ibarətdir?   

Millət vəkili Azər Badamov da bildirdi ki, dünyada baş verən proseslər fonunda Orta Dəhlizin əhəmiyyəti günü-gündən daha da aktuallaşmaqdadır:

“Rusiya-Ukrayna müharibəsi fonunda dünya siyasətində baş verən hadisələr Asiya ilə Avropa arasındakı iqtisadi əməkdaşlıq zəncirində çətinliklər yaradıb. Bu coğrafiyalarda yerləşən ölkələr yeni əməkdaşlıq marşrutlarının axtarışındadır. Belə bir marşrutlar üçün ən münasib istiqamət məhz Azərbaycandan keçir. Orta Asiyada Qazaxıstanda qəbul olunan yüklər Xəzər dənizi vasitəsilə Bakı Beynəlxalq Dəniz Limanına və Bakı-Tbilisi-Qars dəmiryolu vasitəsilə Türkiyədən Avropaya çatdırılır. Amma Zəngəzur dəhlizinin istifadəyə verilməsindən sonra bu marşrut daha da qısalacaq və yüklər Azərbaycandan birbaşa Türkiyəyə çatdırılacaq. Belə ki, bu marşrut Orta Dəhliz olaraq dünya üçün əhəmiyyətə malik bir nəqliyyat kommunikasiya qovşağına çevrilməklə Xəzər dənizinin və Qara dənizin birləşməsinə gətirib çıxaracaq”. 

A.Badamov qeyd etdi ki, iyunun 27-də Bakıda keçirilən Azərbaycan, Türkiyə, Qazaxıstan xarici işlər və nəqliyyat sahəsindəki məsul şəxslərin görüşündə bu məsələlər ətrafında geniş müzakirələr aparılıb və yekun Bəyannamə qəbul olunub:

“Bəyannamədə əks olunmuş Orta Dəhlizin istifadəyə verilməsi ilk növbədə ölkələrimiz üçün böyük iqtisadi səmərə gətirəcək. Çünki ölkələrimiz arasında kifayət qədər böyük yükdaşıma potensialı mövcuddur ki, bu dəhliz həmin daşımaların səmərəliliyini daha da artıracaq. O cümlədən Azərbaycan üzərindən daşınan tranzit yük daşınmalarının həcmində də böyük artımlar gözlənilir. Bu da ki dövlət büdcəsinə gələcək əlavə gəlirlər deməkdir”.

Bənzər yazılar

0.24096393585205