Bir böyrəyi olanlara ƏLİLLİK VERİLMƏYƏCƏK

 02-07-2022

“Əvvəlki qaydalarda olduğu kimi, bu gündən qüvvəyə minəcək əlilliyin müəyyən olunması meyarlarında bir böyrəyin olmaması əlillik üçün əsas yaratmır. İkinci böyrəyin ağırlaşması hallarında əlillik üçün əsas yaranır”.

MillətinSəsi.info APA-ya istinadla xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdir müavini Ülvi Hüseynov deyib.

Onun sözlərinə görə, çünki bir böyrək olmasa belə digər böyrək sağlamdırsa, tibbi proqnoza əsasən şəxs 30 ilədək yaşaya bilər:

“Digər böyrəkdə ağırlaşma varsa, bunun üçün əlilliyin müəyyən edilməsi üçün müraciət edə bilər. Yeni meyarlarda görmənin və eşitmənin paralel xəstəlikləri var. Şəxsdə görmə və eşitmə əlilliyi varsa, burada daha yüksək əlillik dərəcəsinin təyinatı üçün əsas yaranır. Bu, Almaniya təcrübəsindən götürülüb. Həmin şəxslərə yüksək müavinət ödəniləcək.

Qazilərdə ən çox rastlaşdığımız xəstəliklər partlayış travmasından sonra posttravmatik stress pozuntuları, vegetativ damar davamsızlığı, somatoform pozuntular və s.-dir. Və bunların heç biri indiyə kimi əlilliyə əsas vermirdi.

Təsəvvür edin yüzlərlə belə adam var. Bizim bunlara bir əməli borcumuz var idi. Cənab nazirin birbaşa iradəsi ilə bu məsələ həllini tapdı. Həmin diaqnozlar, ağırlaşmalar artıq yeni meyarlarda var və təsdiqlənib. Bununla bağlı bəlli siyahı mütəxəssislərə təqdim olunub. Bununla bağlı artıq iş gedir. Siyahı yekunlaşandan sonra yekun qərar veriləcək, TƏBİB və Səhiyyə Nazirliyinə müraciət olunacaq, onlara yeni göndəriş rəsmiləşdirilərək təyinat aparılacaq”, - Ü. Hüseynov bildirib.

Bənzər yazılar

0.19853210449219