Əfqanıstandakı müvəqqəti Taliban hökuməti özlərini “falçı” kimi təqdim edən 200 nəfəri sosial iğtişaşlar törətdiklərini əsas gətirərək həbs edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Taliban administrasiyasının Xeyirə Dəvət və Şərdən Uzaqlaşdırma Nazirliyinin sözçüsü Akif Mühacir mətbuata açıqlamasında bildirib. O indiyədək ölkə daxilində həyata keçirilən əməliyyatlarda aralarında qadınların da olduğu 200 nəfərin saxlanıldığını açıqlayıb.
Mühacir sözügedən şəxslərə qarşı məhkəmə prosesinin başlandığını və bu cür fəaliyyətlərin dini baxımdan haram olduğunu, cəmiyyətdə korrupsiya və iğtişaşlara səbəb olduğunu qeyd edib.
Taliban əvvəllər ölkədə adi hal alan bu cür fəaliyyətlərin qarşısını almışdı.