Ermənistan azərbaycanlılara qarşı çoxsaylı vəhşiliklər törədib.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə “X” hesabında Finlandiyanın Cənubi Qafqaz ölkələrindəki səfiri Kirsti Narineninin ermənilərin Qarabağı tərk etməsi ilə bağlı yazısına münasibətində bildrib.
Hacızadə bildirib ki, Azərbaycan heç vaxt erməni vətəndaşları hədəf almayıb. Əksinə onların reinteqrasiyaları üçün təhlükəsiz mühit təmin edib. Xarici İşlər Nazirliyinin rəsmisi bildirib ki, bu faktı Qarabağa səfər edən BMT missiyası da təsdiqləyib.
“Birləşmiş Millətlər Təşkilatı, BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi, Beynəlxalq Qızıl Xaç Komitəsi, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycanın erməniləri zorla çıxarmadığını təsdiqləməsinə göz yummaq ikiüzlülükdən başqa bir şey deyil”, - mətbuat katibi qeyd edib.
Qeyd edək ki, finlandiyalı diplomat Qarabağ bölgəsinin erməni sakinlərinin regiondan guya könüllü ayrılmadığını, “zorakılıq qorxusu” ilə üzləşdiyini deyib.