Gürcüstan iğtişaşlara imkan verməyəcək və bütün qanun pozucuları sərt şəkildə cəzalandırılacaq.
Axar.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib.
“İmkan verməyəcəyik ki, dağıdıcı qüvvələr ölkəni yenidən məhv etsinlər. 90-cı illərdən bəri ölkədə çoxlu böhranlar keçirmişik, istər vətəndaş iğtişaşları, istər müharibələr, istərsə də çoxsaylı destabilizasiyalar. Bu, komandamızın, hökumətin ölkəyə gətirdiyi yeganə sülh və sabitlik dövrüdür. Onların planlarının nə olduğunu çox yaxşı bilirik. Onların məqsədi zorakılıq, iğtişaşlar, sabitliyi pozmaqdır”, - o bildirib.