Teymur Rəcəbovdan ikinci QƏLƏBƏ

 01-07-2022

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirib.

MillətinSəsi.info xəbər verir ki, 35 yaşlı qrossmeyster 12-ci turda qara fiqurlarla Dinq Lirenə (Çin) 26-cı gedişdə qalib gəlib. Bu, onun turnirdə 2-ci qələbəsi olub. Hazırda 6 xalı olan təmsilçimiz turnirin qalibi olma şanslarını itirib.

Qeyd edək ki, dairəvi sistem üzrə keçirilən yarış 14 turdan ibarət olacaq. Şahmatçılar bir-biri ilə iki dəfə (ağ və qara fiqurlarla) qarşılaşacaqlar.

Turnirin qalibi dünya şahmat tacı uğrunda norveçli Maqnus Karlsenlə görüşə vəsiqə qazanacaq.

Bənzər yazılar

0.20250511169434