Rusiyada kişi özünün və keçmiş sevgilisinin üstünə BENZİN TÖKÜB  YANDIRIB - FOTO/VİDEO

 01-07-2022

Rusiyanın Moskva vilayətində kişi özünün və keçmiş sevgilisinin üstünə benzin töküb yandırıb.

Bildirilir ki, 54 yaşlı Bek Usupov 33 yaşlı Yekaterina Vorotsovadan onu maşını ilə işə qədər aparmasını istəyib.

Qadın razılaşıb. Maşında kişi onun və özünün üstünə benzin tökərək yandırıb. Lakin sonra peşman olaraq özünü maşından atıb və alovu söndürməyə çalışıb. Hadisəni görən qonşular təcili yardım çağırıblar.

Hər ikisi ağbır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onlarda 3 dərəcəli yanıq müəyyən olunub, bədənlərinin 40 faizi yanıb.

Qonşuların sözlərinə görə Bek və Yekaterina 10 ilə yaxın bir yerdə yaşayıblar, ancaq bu yaxınlarda ayrılıblar. Bundan sonra kişi dəfələrlə belə yaşaya bilmədiyini və ömək istədiyini deyib.

 

Mənbə: “Mash” “Telegram” kanalı

Bənzər yazılar

0.19770002365112