Azərbaycan və Rusiya XİN-ləri arasında siyasi məsləhətləşmələr KEÇİRİB

 30-06-2022

2021-ci ildə imzalanmış “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Rusiya Federasiyası Xarici İşlər Nazirliyi arasında 2021-2022-ci illər üçün məsləhətləşmələr planına” uyğun olaraq, Azərbaycan və Rusiya XİN-ləri arasında Avropa və regional təhlükəsizlik məsələlərinə dair növbəti məsləhətləşmələr keçirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Xarici işlər nazirinin müavini Araz Əzimov və Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşkonun rəhbərlik etdiyi nümayəndə heyətləri Avropa təhlükəsizliyi, Avropa regional təşkilatlarının gündəliyində duran məsələlər və regional təhlükəsizlik vəziyyəti ətrafında geniş fikir mübadiləsi aparıblar.

Tərəflər Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il üçtərəfli bəyanatlarının tam şəkildə icrasının vacibliyini vurğulayaraq, bu kontekstdə Azərbaycan və Ermənistan arasında münaqişədən sonrakı normallaşma prosesinin müxtəlif aspektləri ətrafında cari vəziyyəti müzakirə ediblər.

Qeyd edək ki, xarici işlər naziri Ceyhun Bayramov da məsləhətləşmələr məqsədilə ölkəmizə səfər edən Rusiyanın xarici işlər nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bənzər yazılar

0.23927998542786