Qarabağ ermənisi: “Yoldaşım azərbaycanlıdır, atamsa Sumqayıtın deputatı olub” – Video

 28-09-2023

“Anam ölüb, onu basdırmağa gəlmişəm. Bir ildir ki, burada yaşayırdım”.

APA.az xəbər verir ki, bunu Ermənistana keçən Qarabağın erməni sakinlərindən biri deyib.

O bildirib ki, əvvəllər Sumqayıtda yaşayıb:

“Anamın 90 yaşı var idi. Ona baxmağa gəlmişdim. Özüm Ukraynada yaşayıram. Əsgəran rayonundan gəlirəm. Özüm Sumqayıtda anadan olmuşam. Qızımla, yoldaşım Ukraynadakı müharibəyə görə Almaniyaya qaçıblar. Sumqayıtda qarajda işləmişəm, atam Sumqayıtın deputatı olub. Onun da hörməti olub”.

Sözügedən şəxs bildirib ki, həyat yoldaşı azərbaycanlıdır:

“Həyat yoldaşım Cəbrayıl rayonunun Dağ Tumas kəndindəndir”.


Qeyd edək ki, son bir həftə ərzində 53 mindən artıq insan Qarabağdan Ermənistana keçib.

Bənzər yazılar

0.32960414886475