Türkmənistan parlamentinin sədri Bakıdan dünya dövlətlərinə ÇAĞIRIŞ EDİB

 30-06-2022

“Biz təhlükəsizliyimizi qorumaq birgə fəaliyyət göstərməliyik”.

“Report”un xəbərinə görə, bunu Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında Türkmənistan parlamentinin sədri Gülşat Mamedova deyib.

O, “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusunda keçirilən konfransda bildirib ki ki, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi dialoq mədəniyyətini inkişaf etdirməyə, bununla da sülh və sabitliyə töhfə verməyə imkan verəcək:

“İnanırıq ki, Bakı Bəyannaməsi ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafına mühüm töhfə verəcək”.

İordaniya Nümayəndələr Palatasının sədri Əbdül Kərim Əl Deqmi bu gün Rusiya-Ukrayna müharibəsi fonunda dünyanın yenidən bloklara bölünməsinin şahidi olduqlarını söyləyib:

“Biz Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin bu böhranın həllinə töhfə verəcəyini gözləyirik. Digər tərəfdən, İordaniya dünyanı Suriya və İraqın ərazi bütövlüyunun qorunmasına, paytaxtı Şərqi Qüds olmaqla Fələstin dövlətinin yaranmasını dəstəkləməyə çağırır. Dünyada və Yaxın Şərqdə sülhün açarı Fələstin probleminin ədalətli həllidir”.

Misir Senatının sədri Abdel Vahab Abedel Rzaeq ölkəsinin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyətini dəstəklədiyini vurğulayıb.

Cibuti Milli Məclisinin sədri Məhəmməd Əli Houmed Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sülh və inkişafa xidmət göstərəcəyinə inandığını söyləyib.

Mərakeş Nümayəndələr Palatasının sədri Rachid Talbi El Alami Houmed Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin dünyada sülh və təhlükəsizliyə töhfə verəcəyinə inandığını bildirib.

Əlcəzair Milli Assambleyasının sədri Brahim Buqali Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin konfransında iştirakçıların sayının çoxluğunun üzv ölkələrin Şəbəkənin fəaliyyətinin effektiv olacağına inamının ifadəsi olduğunu qeyd edib.

Ərəb Parlamentinin Prezidenti Adel Əl-Asoomi Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin zamanında yaradıldığını nəzərə çatdırıb:

“Qoşulmama Hərəkatının üzvləri paytaxtı Qüds olan Fələstin dövlətinin yaradılmasını dəstəkləyirlər. Bu mühüm konfransda çıxışımda çağırış edirəm ki, Fələstin problemi Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin gündəmində əsas yer tutsun. Bu məsələnin konfransda bir daha təsdiqini tapmasını istəyirəm. Ərəb Parlamenti qəbul edir ki, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi mütərəqqi bir parlament mexanizmi olacaq. Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin konfransını yüksək səviyyədə təşkil etdiyi üçün Azərbaycana təşəkkür edirik”.

Bənzər yazılar

0.61154913902283