“Qarabağ” FK Marko Yankoviçlə müqaviləni yeniləyib. Klubla 28 yaşlı yarımmüdafiəçi arasında anlaşma iki il müddətinə uzadılıb.
Futbol Klubundan verilən məlumata görə, monteneqrolu futbolçunun yeni müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
“2022-ci ilin yayından komandamızda çıxış edən Yankoviç “Qarabağ” forması ilə keçirdiyi 53 oyunda 3 qol vurub”, - deyə məlumatda qeyd edilib.