İspaniyanın paytaxtı Madriddə keçirilən NATO Sammitinə qatılan liderlər sürprizlə qarşılaşıblar.
Belə ki, sammitə ev sahibliyi edən məkanın kafesində menyuda ilk sırada “rus salatı” yer alıb.
Onun bir porsiyası 8 avroya təklif edilib.
Böyük marağa səbəb olan təam qısa zamanda tükənib.
Qeyd edək ki, yaşıl noxud, kartof, yerkökü və mayonezdən ibarət bu salatın Rusiyanın NATO üçün birbaşa təhdid elan edildiyi sammitin menyusunda yer alması bir çoxlarında təəccüb doğurub.
Mənbə: Haber Global