Onun qanunazidd əməllərinə nə vaxt hüquqi qiymət veriləcək?
Unudulmaz Heydər Əliyev çıxışlarında tez-tez vurğulayırdı ki, dövlətçilik iki halda sarsıla bilər. “Bir günahkar cəzasız qalanda, bir də günahsız cəza alanda” .
Ulu Öndərin bu proqram xarakterli tövsiyəsi hüquq mühafizə orqanlarının hər bir əməkdaşı üçün Quran ayəsi kimi qəbul edilməlidir və dönmədən buna əməl edilməlidir. Lakin təəssüflə də olsa qeyd edilməlidir ki, bir çox hallarda heç bir günahı olmayana günahkar damğası vurulub, cinayət məsuliyyətinə cəlb edirlər, əsl günahkarlar, dələduzlar, fırıldaqçılar isə kiminsə tərəfindən himayə olunur, məsuliyyətdən yayındırılır.
Bax, elə 40 ilə yaxındır ki, özünü Ramiz Mehdiyevin qudası, eləcə də digər vəzifəli şəxslərin yaxın qohumu kimi təqdim edərək çirkin əməllərini ört-basdır edən Bala Heydər ləqəbli Heydər Əliyev kimi . Onu istər Naxçıvanda, istərsə də Bakıda yaxından tanıyanlar çox gözəl bilirlər ki, o yüzlərlə cinayətə imza atıb, lakin son məqamda müdafiə olunub.
Gəlin onun bir sıra əməllərinə nəzər salaq:
Keçmiş Sovetlər Birliyinin süqutu illərində kooperativ hərəkatı dövründə Bala Heydər Naxçıvanda “Qorqud” assosiyasiya yaratmışdı. Bala Heydər o zamanlar Ordubad ipək fabrikindən dəyəri milyon manata yaxın xammal götürüb satmışdı, lakin by günlərimizə qədər pulunu verməmişdir. Fabrik rəsmiləri Heydərdən pulu almaq üçün onun iş yerinə gələndə Heydər ya pəncərədən düşüb qaçır, və ya şakafa girib gizlənərmiş.
Başqa misal:
Ötən əsrin 90-cı illərində Türkiyənin keçmiş Prezidenti Süleyman Dəmirəl Naxçıvan iqtisadiyyatının dirçəlməsi naminə “Naxçıvan Türk” bankı yaratmışdır. Türkiyədən adıçəkilən banka vaxtaşırı vəsait daxil olurdu. Bununla yanaşı Naxçıvan əhalisi xüsusən də ahılyaşlılar qarşıda onları gözləyən yas mərasimləri üçün pullarını banka yatızdırırdılar.
Bala Heydər “yağlı tikə” fürsətini əldən verməyərək kiminsə vasitəsi ilə banka məsul vəzifəyə soxulur və qısa zaman kəsiyində bankda mövcud olan pulları ələ keçirərək Bakıya qaçır və zirzəmilərdə gizlənirmiş.
1997-ci ilin noyabr ayında Bala Heydər Bakıda “Şərq bazarı” nı və “Şərq hoteli”ni 50 illik müddətinə icarəyə götürür. Hər iki nəhəng obyektdə əsaslı təmir işlərinə başlanılır.
Neçə aylar tikinti şirkəti tərəfindən təmir işləri gedir və başa çatdırılır. Təmir prosesinin gedişində 200-dən artıq mühəndis texnik işçi qrupu iştirak edir. Amma tikinti şirkəti Bala Heydərdən bir qəpik də olsun vəsait ala bilmir. Şirkət məcbur qalıb işçilərin əmək haqqını özü ödəməli olur. Bu prosesdə bala Heydərin imdadına çatan yenə də Ramiz Mehdiyevin adının çəkilməsi olur.
Yeri gəlmişkən, qeyd edək ki, “Şərq bazarı” 2017-ci ilə qədər bala Heydərin icarəsində olmuşdur. (20 il) O , 40 ilin icarə haqqını əvvəlcədən ödədiyini elan etsə də, bir manat da olsun icarə haqqı ödəməmişdir. Bu barədə İqtisadiyyat Naziri Mikayıl Cabbarova məlumat çatdırılmışdır. Bala Heydərin ayrı-ayrı banklara da külli miqdarda borcları var.
Ancaq müxtəlif hiylələrlə bankların əsas borclarını və faiz borclarını ödəmir. O, tabeliyində çalışan işçilərin də adlarına kreditlər götürür . Onun bu təklifi ilə razılaşmayanlar işdən qovulur və əmək haqları verilmir. Bala Heydərin aldadıb adlarına kredit götürdüyü və işdən uzaqlaşdırdığı bir neçə işçisi hələ də məhkəmələrə ayaq döyürlər. Bala Heydərə məxsus “Atlas” Tibb mərkəzində adının çəkilməsini istəməyən xanım maliyyə dirtektoru işləyirmiş.
O xarici ölkələrin birində təhsil alan oğlunun təhsil haqqını ödəyə bilmədiyindən yaşadığı mənzili satmaq məcburiyyətində qalır.
Bala Heydər bundan xəbər tutan kimi xanımı dərhal otağına çağırıb ondan bir həftə müddətində 30.00 (otuz min dollar) borc istəyir. Xanım ona inanır, onun istədiyi borcu verir. Məsələ 2015-cü ilin yanvar ayında baş verib. Lakin 7 il keçməsinə baxmayaraq xanım ona verdiyi borc pulu hələ də ala bilmir və həmin vaxtdan bu günə qədər ailəsində qarşıdurma yaşanır.
Qeyd edək ki, Heydər adıçəkilən xanımı işdən çıxarmış və 8 aylıq maaşını da verməmişdir. Oxucuların nəzərinə çatdırmaq istəyirəm ki, Bala Heydər nə az, nə çox düz 7 dəfə Həcc ziyarətində olub. 75 yaşı var. Ömrünün qürub çağlarını yaşayan bu fırıldaqçı ağsaqqal yaşının bu çağında burnunu əməliyyat, dodağını isə silikon elətditib.
Hər həftənin cümə günləri Bakı məscidlərində “cümə namazı” qılmağa gedir. Əməllərindən xəbər tutan dindarlar onu məscidlərdən də qovublar.
Diqqət! Ən dəhşətli fakta nəzər salaq:
Bala Heydərin ikinci oğlu serebral iflic doğulmuşdur. Bala Heydər doğma uşağından imtina edərək uşağı Rusiya şəhərlərinin birində uşaqların əlillər evinə təhvil vermişdir. Düz 10 ildən sonra uşağın 13 yaşı olanda uşağın ölümü barədə Bala Heydərə məktub göndərilir. Bala Heydər gedib xəstə övladını gətirib islam adətinə uyğun olaraq Naxçıvanda dəfn edib yas saxlamaq əvəzinə, niskilli övladını Rusiyada kimsəsizlər qəbirstanlığında paltarlı dəfn edir və gəlib Naxçıvanda dostlarını başına yığıb qonaqlıq verir. Buyurun buna nə ad vermək olar?
Bala Heydərə çağırış: Heydər, səni qarşıda çox acınacaqlı günlər gözləyir. Layiq olduğun cəzanı alacaqsan. Təəssüflə də olsa deməliyik ki, ömrünün son illərini həbsxanada keçirəcəksən. Bu olmadığı halda Allah təalanın qəzəbinə tuş gələcəksən! Çox ocaqları, çıraqları söndürmüsən! İndi isə söz geniş oxucu kütləsinindir.
Xahiş edirik fikirlərinizi, şərhlərinizi bölüşün.! Daha ciddi faktlarla zəngin sisilə yazılarımız qarşıdadır, izləyin.
Yazının ərsəyə gəlməsində göstərdiyi köməkliyə görə həmkarım Hicran Həmidovaya təşəkkür edirəm.
İzzət Cəlilova
MillətinSəsi.info