İtaliyada müştərilərin saçlarını iki dəfə yuyan bərbərlər CƏRİMƏLƏNƏCƏK

 29-06-2022

İtaliyalı bərbərlərə müştərilərin saçlarını yalnız bir dəfə yumağa icazə verilib.

Bu təşəbbüsü Bolonya yaxınlığındakı Kastenaso şəhərinin meri Karlo Qubellini irəli sürüb.

Şəhər başçısı son on ilin ən kəskin quraqlığının hökm sürdüyü bir zamana su ehtiyatlarını qorumaq üçün bu addımı atıb.

Məlumata görə, hazırda Kastenasoda on bərbərxana fəaliyyət göstərir. Şəhərin əhalisi isə cəmi 16 min nəfərdir.

Qeyd edək ki, müəyyən edilmiş qaydanı pozan bərbərlər 500 avroya qədər cərimə ödəyəcəklər.

Mənbə: lenta.ru

Bənzər yazılar

0.19089007377625