İtaliyanın Milan şəhəri son onilliklərin ən güclü quraqlıqlarından biri ilə mübarizə aparır.
Milan səlahiyyətliləri gündəlik su tənzimlənməsi ilə bağlı xəbərdarlıqlar fonunda ictimai fəvvarələrin işini dayandırıb.
Bu barədə “The Guardian” məlumat verib.
Lombardiya bölgəsində fövqəladə vəziyyət elan edildikdən sonra həyata keçirilən tədbirlər şəhərdəki 100 dekorativ fəvvarənin təxminən yarısına şamil edilib, bu fəvvarələrdən bir neçəsinin həftəsonu dayandırıldığı, qalanlarının da yaxın günlərdə söndürüləcəyi planlaşdırılır.
İçməli fəvvarələr kimi, içində balıqlar olan və bitki fəvvarələri bu qərara daxil edilməyib.
Biznes və moda mərkəzinin sakinlərinə isə evdə su sərfiyyatını mümkün qədər azaltmağa çağrış edilib.
Mənbə: Yevropeyskaya pravda