Sayğac yenilənəndən dörd ay sonra abonentə 518 manat cərimə borcu gəldi - VİDEO

 18-09-2023

Neftçala rayonunda nasaz olan sayğacı apardıqdan dörd ay sonra abonentə 518 manat cərimə olunduğu bildirilib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Neftçala rayonu, Bankə qəsəbəsi sakini Kainat Məmmədovun başına gəlib.

Şikayətçi iddia edir ki, aprel ayında qaz sayğacı sıradan çıxıb. O, aidiyyəti üzrə müraciət edib. Nəzarətçilər yerində sayğaca baxış keçirib, işləmədiyini bildirdikdən sonra yenisi ilə əvəzləyiblər. Sonra akt tərtib ediblər. Aktda bildirilib ki, sayğacın hesablama mexanizminin ilişdiyi məlum olub.

K. Məmmədov deyir ki, dörd aydan sonra onlara gələn tələbnamədə isə tamam başqa səbəb göstərilib.

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, istənilən halda bu qurumun cərimə yazmaq səlahiyyəti yoxdur.

Məsələyə hüquqi qiymət verilməsi üçün işə məhkəmədə baxılacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Bənzər yazılar

0.13737106323242