Rusiyanın Yekaterinburq şəhərində “Musiqi gecəsi” konserti zamanı pərəstişkarı estrada müğənnisi MakSimə hücum edib.
Rusiyalı sənətçi ilk üç ifasını oxuya bilib. “Moy ray” mahnısı zamanı pərəstişkarı MakSimi qucaqlamaq üçün səhnəyə çıxıb. Mühafizə işçisi dərhal onun arxasınca qaçsa da, qadın ifaçının əlindən tutaraq onu özünə doğru çəkib. Nəticədə müğənni yıxılıb.
Kadrlarda sənətçinin ifanı necə kəsdiyi və əlinə necə baxması əks olunub. Bu zaman mühafizəçilər pərəstişkarı səhnədən kənarlaşdırblar, müğənni isə ifasını davam etdirib.
Mənbə: Lenta.ru