Arif Qaraşov Eldar Mahmudovdan Prezidentə ŞİKAYƏT EDİB – Milyonluq əmlakları ƏLİNDƏN ALINIB

 25-06-2022
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisi Arif Qaraşov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovdan Prezident İlham Əliyevə şikayət yazıb.
 
Gununsesi.info-nun xəbərinə görə, Arif Qaraşov şikayətində Eldar Mahmudovun nazir olduğu dövlərdə MTN tərəfindən təhdid edildiyini və ailə üzvlərinə məxsus əmlakların əllərindən alındığını yazıb.
 
Şikayyət araşdırılması üçün Baş Prokurorluğa göndərilib.
 
Qeyd edək ki, bundan başqa Arif Qaraşov Eldar Mahmudovun qızı Nərgiz Mahmudovaya qarşı da məhkəmə iddiası qaldırmışdı.

Arif Qaraşov "Caspian Service” MMC, Mahmudova Nərgiz Eldar qızı və ƏMDK yanında DƏDRX Bakı Ərazi İdarəsindən Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi verərək göstərib ki, bağlanan alqı-satqı müqaviləsi etibarsız hesab edilsin, çıxarış ləğv olunsun və mənzillər boşaldılaraq təhvil verilsin.

Bənzər yazılar

0.19335103034973