Qaradağ Rayon İcra hakimiyyətinin yarım milyonluq tenderini VERGİ BORCU OLAN ŞİRKƏT UDUB

 24-06-2022

Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin keçirdiyi tender müsabiqəsinin qalibi “Təmir-Təchizat-4” MMC olub.

Yeniavaz.com xəbər verir ki, İcra Hakimiyyəti MMC-yə abadlıq işlərinin satınalınması xidmətinə görə 440 min 957 manat 86 qəpik ödəyəcək.

Məlumat üçün bildirək ki, 10 manat nizamnamə kapitalı olan “Təmir-Təchizat-4” MMC-nin qanuni təmsilçisi Həsənov Elburus Məmməd oğludur. Şirkət 4 may 2005-ci ildə dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, 23 iyun tarixinə görə “Təmir-Təchizat-4” MMC-nin dövlət büdcəsinə 8 min 126 manat 80 qəpik vergi borcu var.

Xatırladaq ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə qadağandır.

Bənzər yazılar

0.49742412567139