Aydın Kərimovun şirkətləri ləğv olunur

 14-03-2022

Azərbaycanda 4 şirkət ləğv olunduğunu elan edib.

MillətinSəsi.info “Vergilər” qəzetində yayımlanan elana istinadən bildirir ki,  "Kaspian Marin" MMC (VÖEN-1501002291), "KASPİAN İNVEST" MMC (VÖEN – 1500122841), "BAKI MARIN SERVIS" MMC (VÖEN – 1701034981) və "CASPİAN EVENTS LTD" MMC (VÖEN – 2003250401) ləğv olunurlar. 

Ləğv olunduğunu elan edən "Kaspian Marin" MMC-nin qanuni təmsilçisi Prezident İlham Əliyevin 2021-ci ilin yanvar ayında Şuşa şəhərinə təyin etdiyi xüsusi nümayəndəsi Aydın Kərimovdur.

MMC-nin hüquqi ünvanı Bakı şəhəri,  M.K.Atatürk küçəsi, ev 23/25, mənzil 62-də yerləşir və bu ünvan eyni zamanda Aydın Kərimovun qeydiyyatda olduğu ünvandır. 

Ləğv olunan "KASPİAN İNVEST" MMC-nin də hüquqi ünvanı M.K.Atatürk küçəsi, ev 23/25, mənzil 62-də yerləşir və bu MMC-nin qanuni təmsilçisi Rüfət Abasov eyni zamanda "BAKI MARIN SERVIS" MMC-nin qanuni təmsilçisidir. 

Aydın Kərimov eyni zamanda Londonda qeydiyyatda olan və 2020-ci ilin oktyabr ayında ləğv olunan “AFEA International LLP” şirkətinin də rəhbəri olub.

Bənzər yazılar

0.47841596603394