Vətən müharibəsi şəhidi Zahir Hüseynlinin atası həyat yoldaşının zorlanması ilə bağlı dövllət qurumlarına müraciət ünvanlayıb.
MillətinSəsi.info AZİNFORM.AZ-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə şəhid anasının zorlanmasını iddia edən şəhidin atası Mahir Hüseynli açıqlama verib.
Beyləqan rayonunun Yuxarı Aran kənd sakini Hüseynov Mahir Nəsib oğlu iddia edir ki, onun yaxın qohumu Məmmədov İkram Camal oğlu həyat yoldaşına fiziki güc tətbiq edərək zorla cinsi əlaqədə olub. Bundan sonra sonuncu qadını şantaj edərək ondan 20 min manat məbləğində pul alıb.
Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olan Zahir Hüseynli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zahir Hüseynli oktyabrın 15-də Füzuli döyüşləri zamanı şəhid olub. Beyləqan rayonunda dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
Şəhid atasının video müraciətini oxuculara təqdim edirik:
Qarşı tərəf kimi adları çəkilən şəxslərində münasibətin ictimailəşdirməyə hazırıq.
Mənbə AZİNFORM.AZ