Gəncədə saxta nömrə ilə avtoşluq edən ŞƏXSLƏR SAXLANILDILAR - FOTO/VİDEO

 22-06-2022

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən avtoxuliqanlıq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupundan MillətinSəsi.info-a verilən məlumata görə, saxta dövlət qeydiyyat nömrə nişanı ilə idarə edilən “Chevrolet” markalı avtomobilin sürücüsü polis əməkdaşının qanuni tələbinə tabe olmayıb.

Hadisə yerindən yayınan Sahib Hüseynov saxlanılıb, barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o 15 sutka müddətinə inzibati qaydada həbs edilib.

Bundan başqa monitorinq zamanı VAZ markalı avtomobili dövlət qeydiyyat nişanı olmadan və konstruksiya dəyişikliyi edərək şəhər ərazisində avtoxuliqanlıq edən Səlim Əmirov da saxlanılıb və məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib.

Davam etdirilən tədbirlər nəticəsində daha bir VAZ markalı avtomobilin sürücüsünün qanunla qadağan edilməsinə baxmayaraq çoxavazlı səs siqnalından istifadə etməsi məlum olub.

Məhkəmənin qərarı ilə səs siqnalı müsadirə edilib, sürücü isə 500 manat miqdarında cərimə edilib.

Bənzər yazılar

0.45992493629456