Buzovna çimərliyində batan türkiyəli iş adamının meyiti tapıldı

 21-08-2023

Bu gün Buzovna qəsəbəsi yaxınlığında dənizdə 1 nəfər batıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dənizdə batan həmin şəxs Türkiyə vətandaşı iş adamı Süleyman Filizdir. 

Fövqəladə Hallar Nazirliyinin yaydığı xəbərə əsasən, hadisə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 400 metr aralı, nəzarətsiz ərazi) olub.

oxu.az xəbər verir ki, 1983-cü il təvəllüdlü Süleyman Filizin dörd yaşında qızı suda boğulma təhlükəsi ilə üzləşib. Bu zaman o, suya girib, qızı xilas olsa da, qayalıqlar deyilən ərazidə onun cansız bədəni aşkarlanıb.

S.Filizin meyiti aidiyyəti üzrə təhvil verilib.

 

Bənzər yazılar

0.34367418289185