Şəkidə sirkə turşusu içən şəxs ölüb

 19-08-2023

Şəkidə sirkə turşusu içən şəxs ölüb.

Şəki şəhər sakini Bilalov Tahir Sabir oğlu avqustun 18-də yaşadığı evdə olarkən spirtli içkinin təsiri altında psixoloji gərginlik keçirərək soyuducuda olan sirkə turşusunu içib.

O, evdə olan ailə üzvləri tərəfindən dərhal Şəki RMX-nın PHŞ-nə aparılıb.

Tahir Bilalov avqustun 19-u, saat 1 radələrində yerləşdirildiyi xəstəxanada ölüb.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

 

 

Bənzər yazılar

0.59380292892456