BDU-nun 12 milyonluq tenderini “Universal PRO” QSC şirkəti uddu

 18-08-2023

Bakı Dövlət Universitetinin keçirdiyi tender müsabiqəsinin qalibi “Universal PRO” QSC olub.

Yeniavaz.com xəbər verir ki, BDU İKT və laboratoriya avadanlıqlarının, uyğun reagentlərin satın alınmasına görə, “Universal PRO” QSC-yə 12 milyon 397 min 352 manat 69 qəpik ödəyəcək.

Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 2 min manat olan “Universal PRO” QSC 2016-cı ildən fəaliyyət göstərir. Hüquqi ünvanı Nərimanov rayonu, Ziya Bünyadov, ev 152B, m-də yerləşən MMC-nin qanuni təmsilçisi Bayramov Elşən Məhəmməd oğludur.

Bənzər yazılar

2.93372797966