Almaniya Ukraynaya vəd etdiyi silahların yalnız üçdə birini çatdırıb.
Məlumata görə, iyunun 7-dək Almaniya Ukraynaya 542 milyon avroluq silah yardımı vəd edib. Amma vəd edilən və reallaşdırılan silah tədarükü arasında fərq böyükdür.
Kiel Dünya İqtisadiyyatı İnstitutunun monitorinqinə görə, indiyə qədər Almaniya Kiyevə 192 milyon avro dəyərində silah verib ki, bu da vəd edilənin 35%-i deməkdir.
Beləliklə də, Almaniya Ukraynaya silah verən ölkələrin siyahısında səkkizinci yeri tutur.
Birinci yerdə gedən ABŞ isə 4,14 milyard avro dəyərində silah vəd etsə də, hələlik, 1,97 milyard avroluq silah çatdırıb ki, bu da vəd edilənin 48%-ni təşkil edir.
Mənbə: unian.net