Rusiyada ordu komandanı Ukraynadakı itkilərə görə vəzifəsindən KƏNARLAŞDIRILDI

 18-06-2022

Rusiya Hərbi Hava Desantı Qüvvələrinin komandanı, general-polkovnik Andrey Serdyukov desantçıların Ukraynadakı böyük itkilərinə görə öz vəzifəsindən uzaqlaşdırılıb.

Bu barədə Müharibə Araşdırmaları İnstitutu (ISW) öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, 2014-cü ildə Krımın ələ keçirilməsi əməliyyatına rəhbərlik edən Serdyukov daha sonra Suriyadakı Rusiya hərbi qruplaşmasına da başçılıq edib.

Bu ilin yanvarında o, etirazları yatırmaq üçün Qazaxıstana gətirilən KTMT kontingentinin komandanı olub.

Onun yerinə Mərkəzi Hərbi Dairənin hazırkı qərargah rəisi, əslən Ukraynanın Donetsk vilayətindən olan general-polkovnik Mixail Teplinski təyin edilib.

Bənzər yazılar

0.20512890815735