Gəncə Dövlət Universitetinin professorları niyə az maaş alır?

 14-08-2023

Gəncə Dövlət Universitetinin müəllimləri Elm və təhsil naziri Emin Əmrullayevə müraciət edərək maaşlarının azlığından şikayət ediblər.

Onlar maaşlarının artırılmamasına görə, universitetin rektorunu günahlandırırlar:

“Bizim universitet özü-özünü maliyyələşdirir. Universitetin rektoru Yusif Yusibov müəllimlərin maaşlarını qaldırmır. Universitetin büdcəsini təmir və müxtəlif layihələr adı altında mənimsəyirlər. Bizdə 20 ildən çox stajı olan dosentlər 710 manat, laborant heyəti isə 250-300 manat həddində maaş alır.

Siz deyin, indiki şəraitdə bu maaşla biz necə dolanaq? Texnologiya Universitetində saxta təmirlər və şişirdilmiş büdcə xərcləri olmadığı üçün maaş bizdən çox yüksəkdir. Dəfələrlə sosial şəbəkələrdə və saytlarda bu haqda yazılıb. Lakin rektor Maliyyə Nazirliyində işləyən qardaşı Cahangir Yusibova arxalanaraq bildiyini edir. Siz Təhsil Nazirisiz, biz cənab Prezidentə də yazmışıq, niyə gözləmə mövqeyi tutursuz, ay Emin müəllim?

Bəs bu müəllimlər kimə dərdlərini desinlər nə vaxt baxacaqsız bu kasıb müəllimlərin şıkayətinə??? Artıq müəllimlər dilənmək zorundadır. Az miqdarda verilən məzuniyyət pulunu da heç yana getmiyə-getmiyə Gəncədə xərcləyib qurtarmışıq. Bəs, bizim istirahət hüququmuz yoxmudur, biz də dənizə, və ya başqa istirahət mərkəzlərinə gedək. Necə olur ki, bizim hazırladığımız elmi dərəcəsi olmayan orta məktəb müəllimləri bizdən alimlərdən çox maaş alır?..”

Gəncə Dövlət Universitetinin rəsmi nümayəndələrində mövqeyini dərc etməyə hazırıq.

Arzu Günəş

 

Bənzər yazılar

4.0035061836243