Bala Heydərin qanundankənar ÇİRKİN ƏMƏLLƏRİ... - İqtisadiyyat naziri Mikayıl Cabbarova MÜRACİƏT

 17-06-2022

Hamımız bala Heydərin şərindən-böhtanından uzaq olaq

Hörmətli, cənab Nazir

Sizə müraciət ünvanlamağı qaçılmaz edən tabeliyinizdə olan əmlak məsələləri Dövlət Komitəsinin fəaliyyətində neçə illərdir hökm sürən qanun pozuntularıdır. Onlardan birini diqqətinizə çatdırırıq. 1997-ci ilin noyabr ayında Bala Heydər ləqəbi Əliyev Heydər “Şərq bazarı”nı və “Şərq hoteli”ni 50 il müddətinə icarəyə götürmüşdür.

Bala Heydər “Şərq hoteli”ni icarəsində olduğu halda qanunsuz olaraq özəlləşdirmiş sadəcə olaraq hotelin adını dəyişdirərək, “Qorqud” qoymuş və hotelin köməkçi tikililərində “Atlas” klinikasını təsis edib yerləşdirmişdir.

2017-ci ildə “Şərq bazarı” bala Heydərdən alınmış, lakin 20 ilin yığılıb qalmış icarə haqqını ondan ala bilməmişlər.

Ziddiyyətli məsələ məhkəmə predmeti də olmuş, amma Heydər özünü Ramiz Mehdiyevin qudası kimi təqdim edərək məhkəməni udmuşdur.

Təəccüb təsiri bəxş edən cəhət budur ki, Ramiz Mehdiyevin erası artıq bitmişdir. Görəsən bala Heydər indi kimin qudasıdır.


Cənab Nazir,

Ümidvarıq ki, 20 ilin icarə haqqı və Heydərin qanunsuz olaraq “Şərq bazarı”nın “Atlas” klinikasına birləşdirdiyi 2 gümbəzi ondan alınacaq, “Şərq” hotelinin qanunsuz özəlləşdirilməsi göstərişinizlə araşdırılacaq və atacağınız bu obyektiv addım sizin Prezident İlham Əliyevə sədaqət nümunəsi kimi bütün nüfuzlu saytlarda ictimailəşdiriləcək və Sizə ümumxalq məhəbbəti qazandıracaqdır.

Oxucuların nəzərinə çatdırırıq ki, bala Heydərin qanundankənar çirkin əməlləri barədə növbəti saylarımızda çox maraqlı məlumatlar verəcəyik, izləyin!!!

 İzzət Cəlilova

Bənzər yazılar

0.23147106170654