ANAMA əməkdaşları Cəbrayılda MİNAYA DÜŞÜB

 17-06-2022

Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı minaya düşüb.

MillətinSəsi.info xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Bildirilib ki, hadisə iyunun 17-də işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində baş verib. ANAMA əməkdaşı xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib: "Hadisə tərəfimizdən araşdırılır. Araşdırmalar yekunlaşdıqdan sonra nəticə barədə ictimaiyyətə məlumat veriləcək", - ANAMA-dan bildirilib.

Cəbrayıl rayon prokurorluğu hadisə barədə məlumat yayıb: 

"İyunun 17-si saat 09 radələrində Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1991-ci il təvəllüdlü Ruhin Vəliyev piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır", - məlumatda qeyd olunub.

ANAMA Cəbrayıl rayonu ərazisində baş vermiş mina hadisəsi ilə bağlı məlumat yayıb.

ANAMA-ın Mətbuat Xidməti bildirilib ki, bu gün rayon ərazisində baş vermiş mina hadisəsi zamanı yaxınlıqda olan Agentliyin bir neçə əməkdaşı Beynəlxalq Minatəmizləmə Standardlarına uyğun olaraq profilaktika məqsədilə həkim müayinəsindən keçirilir, onlara psixoloji dəstək göstərilir.

Qeyd edək ki, iyunin 17-də agentliyin əməkdaşı, 1991-ci il təvəllüdlü Vəliyev Ruhin Sultan oğlu işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Nəticədə R.Vəliyev rayon xəstəxanasına yerləşdirilib, sol ayağı topuq nahiyəsindən travmatik amputasiya olununub. Hazırda vəziyyəti sabitdir.

Bənzər yazılar

0.20653605461121